Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizin ailələri ziyarət olunub.

20 sentyabr 2022 | 17:38
Samux rayonunda düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizin ailələri ziyarət olunub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırığına uyğun olaraq sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatlar zamanı yaralanan hərbi qulluqçuların ailələri evlərində ziyarət edildi, yaralıların səhhətləri, müalicələri, sosial-məişət şəraitləri ilə maraqlanıldı.

Samux şəhərindən olan Nəsirov Tələt Həbib oğlu və Samux rayonunun Qarabağlar kəndindən olan Aslanov Əli  Zərqəm oğlunun ailəsi ziyarət edilən zaman 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən, Azərbaycan Ordusunun, hərbi qulluqçuların  döyüş əzmindən danışıldı, qeyd edildi ki, son hadisələr zamanı yaralanmış hərbi qulluqçuların müalicələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yüksək səviyyədə aparılır.  Məlumat üçün qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribatlar zamanı Samux rayonundan olan 2 hərbi qulluqçu yaralanıb, hal-hazırda hər ikisinin vəziyyəti normaldır, müalicələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında davam etdirilir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.

Keçidlər