Samux rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.
28 mart 2023-cü il tarixdə Samux rayonunda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, DTX-nin Samux rayon şöbəsinin kollektivi, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev təbrik nitqində 104 il bundan əvvəl yaradılmış təhlükəsizlik orqanlarının fəaliyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər təyin ediləndən sonra ümummilli liderimizin əvəzsiz xidmətlərindən, 1991-ci ildə MTN-nin yaradılmasından sonra milli maraqlara söykənərək ictimai təhlükəsizlik qaydalarının daha da möhkəmləndirilməsindən, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində xüsusi xidmət orqanlarının yüksək səviyyədə təşkil olunmasından, onun əməkdaşlarının peşəkarlığından söz açdı. İcra başçısı daha sonra DTX Samux rayon şöbəsinin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr təqdim etdi.
Daha sonra çıxış edən DTX Samux rayon şöbəsinin rəisi Heydər Abıyev çıxışında DTX əməkdaşlarının dövlətimizin təhlükəsizliyinin təmin edilməsi üçün əllərindən gələnləri əsirgəmədiklərini bildirdi.
Çıxış edən digər hüquq-mühafizə orqanlarının rəhbərləri də çıxışlarında DTX Samux rayon şöbəsinin əməkdaşlarını təbrik edərək işlərində uğurlar arzuladılar.