Samux rayonunda “Dini radikalizmin mahiyyəti və onunla mübarizə" mövzusunda tədbir keçirilib.
Martın 27-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Alıuşağı kənd tam orta məktəbində “Dini radikalizmin mahiyyəti və onunla mübarizə" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, RİH başçısının müavini Kəmalə Xəlilova, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu zərərlərdən danışılıb. Qeyd olunub ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.