Samux rayonunda daha bir şəhidin anım mərasimi keçirildi.
Samux rayonunda daha bir şəhidin anım mərasimi keçirildi. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Samux rayon Köbər kəndindən olan Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlunun əziz xatirəsi şəhadətinin ildönümündə böyük ehtiramla yad edildi.
13 oktyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaları 44 günlük Vətən müharibəsinin şəhidi Dostuyev Elçin Murad oğlunun şəhadətinin ildönümündə iştirak etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun imamı, şəhidin valideynləri, dostları və yaxınları iştirak etdi. Şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu.
Vətən müharibəsi şəhidi Dostuyev Elçin Murad oğlu 18 fevral 2002-ci il tarixdə Samux rayonunun Köbər kəndində anadan olmuşdur. Dostuyev Elçin Murad oğlu Samux rayon Köbər kənd tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Subay idi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.