Samux rayonunda daha bir kəndin elektrik şəbəkəsi yenilənib.
Samux rayonunda daha bir kəndin elektrik şəbəkəsi yenilənib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkənin bütün regionlarında, həmçinin ucqar dağ rayonlarında, sərhədboyu ərazilərdə köhnə elektrik şəbəkələrinin yeniləri ilə əvəzlənməsi üçün əsaslı yenidənqurma və təmir-bərpa işləri aparır.
Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun həyata keçirilən yenidənqurma işləri nəticəsində Samux elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən Alıuşağı kəndinin elektrik təsərrüfatının yenilənməsi də bunun bariz nümunəsidir.
“Azərişıq” ASC rayonun Alıuşağı kəndində 0.4 və 10 kV-luq şəbəkələrinin yenidənqurulması və bərpa işlərini tam yekunlaşdırıb. Həmin yaşayış məntəqəsində köhnə, açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Həmçinin 0.4 kV-luq dayaqlar tamamilə yenilənib. Kənddə 40 ədəd yeni sayğac quraşdırılıb.
İnvestisiya layihəsi çərçivəsində ölkənin bütün regionlarında olduğu kimi Samux rayonunda da bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesi paralel şəkildə davam etdirilir.