Samux rayonunda buğda və arpanın intensiv texnologiyalar əsasında becərilməsi ilə bağlı tarla günü keçirilib.
Bu gün Samux Rayon İcra Hakimiyyəti və “Agro Dairy” MMC-nin təşkilatçılığı ilə rayonda buğda və arpanın intensiv texnologiyalar əsasında becərilməsi mövzusunda tarla günü keçirildi.
Azərbaycanda bölgələrin torpaq-iqlim şəraitinə uyğun arpa və buğda sortlarının seçilməsi, düzgün becərmə texnologiyalarının tətbiqi, eləcədə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinə uyğun olaraq fermerlər arasında təcrübə mübadiləsi aparıldı.
“Agro Dairy” MMC-nin Baş aqranomu Kazımov Nizami Samux rayonunda buğda və arpanın intensiv texnologiyalar əsasında 24 sortunun becərildiyini dedi və yerli sortlar qısa vegetasiyalı olduğu üçün növbəli əkin sisteminin qurulmasının vacib olduğunu bildirdi.
Sahə nümayişində fermerlərə yaxınlaşan biçin mövsümü haqqında da məsləhətlər və biçin kampaniyasında planlı iş mexanizminin qurulması haqqında məlumatlar verildi.
Çıxış edən fermerlər göstərilən dəstəyə görə təşəkkürülərini bildirdilər.