“Samux rayonunda biznes imkanları və perspektivlər” mövzusunda tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətinin və KOBİA Gəncə-Qazax regional koordinatorluğunun birgə təşkilatçılığı ilə YAP Samux rayon təşkilatında “Samux rayonunda biznes imkanları və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev, DTA Gəncə Regional Turizm idarəsinin Rəis Zaur Bayramov, DMA Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, sahibkarlar, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən icra başçısı Firdovsi Əliyev ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Samuxda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib.
Çıxış edən digər natiqlər isə çıxışlarında “Samux rayonunda biznes imkanları və perspektivlər” mövzusunda təqdimatlar edərək sahibkarları məlumatlandırmış, onları maraqlandıran suallara cavab vermişlər.