Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” münasibəti ilə iməcilik keçirilib

06 iyul 2024 | 12:34

 

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və 29-cu "Tərəflərin Konfransı (COP29)" çərçivəsində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” münaibəti ilə ümumrayon iməciliyi keçirilib. Rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər. İməcilik çərçivəsində əsasən Gəncə və Quşqara çaylarının ətrafı polietilen paketdən  və plastik tullantılardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilmişdir.
Keçidlər