Samux rayonunda Beynəlxalq Gənclər Günü münasibəti ilə "Samux gənclərinin yay düşərgəsi" başlığı altında rayonun meşə ərazisində yemiyetmə və gənclərdən ibarət yay düşərgəsi təşkil edildi.
12 avqust 2022-ci il tarixdə Samux rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü münasibətilə "Samux gənclərinin yay düşərgəsi" başlığı altında rayonun meşə ərazisində yemiyetmə və gənclərdən ibarət yay düşərgəsi keçirildi. Düşərgədə müxtəlif kateqoriyadan olan (qazi övladları, təhsil sahəsində uğur qazanmış gənclər, yaradıcı gənclər, idmançı gənclər, velosiped həvəskarları və s.) gənclər iştirak edirdi.
Düşərgənin gündəliyinə əsasən velosiped həvəskarları rayon mərkəzindən düşərgə üçün təyin olunmuş məntəqəyə 5 km məsafə qət edərək düşərgəyə çatdılar. Daha sonra gənclər çadırların qurulması, müxtəlif oyunlar üçün şəraitin yaradılması, naharın hazırlanması üçün hərəkətə keçdilər.
Düşərgədə fəxri qonaq qismində rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev iştirak etdi. İlk öncə iştirakçıları salamlayan rayon rəhbəri “Benəlxalq Gənclər Günü” münasibəti ilə gənclərimizi təbrik etdi. Qeyd etdi ki, ölkəmizdə gənclərin inkişafı üçün münbit şərait vardır. Cənab Prezident İlham Əliyev hər sahədə gənclərə ayırdığı diqqət və qayğının müsbət nəticəsini görmək hər birimizi sevindirir. İdmanda olan nəticələri isə xüsusi ilə qeyd etmək yerinə düşərdi. Hal hazırda keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının biri-birinin ardıca medalların qazanması, himnimizin səslənməsi, bayrağımızın ucalması həqiqətən də qürurvericidir.
Alı Qocayev düşərgədə iştirak edən sərbəst güləş idman növü üzrə milli yığmanın üzvü, avropa çempionu Cəfər Cəfərovu, şahmat idman növü üzrə avropa çempionu Aytac Məmmədovanı digər gənclərə nümunə olaraq göstərərək Samux gənclərinə tutduqları istiqamətdə uğurlar qazanmağı arzuladı.
Çıxışı davam etdirən Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev icra başçısı Alı Qocayevə gənclərlə birgə düşərgəyə qatıldığı üçün təşəkkür bildirdi. Daha sonra Gənclər və İdman Nazirliyinin və idarənin 2022-ci ilin yay mövsümündə keçirdiyi günərzi və stasionar düşərgələri haqqında məlumat verdi. Qeyd etdi ki, gənclərin asudə vaxtının səmərəli keçməsində, tanışlıq əlaqələrinin qurulmasında, zərərli vərdişlərin proflaktikasında, gəncin fərdi şəxs kimi böyüməsində düşərgənin rolu əvəzsizdir. Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiqlədiyi gənclər siyasəti gənclərin inkişafı üçün bütün sahələri əhatə edir. Bizdə idarə olaraq rayonda gənclər siyasətinin icrası həyata keçiririk. İnanırıq ki, gənclərimiz bizim fəaliyyətimizdən razıdırlar.
İdarə rəisi Rəşad Qarayev Samux Rayon İcra hakimiyyətinin başçısı Alı Qocayevin Samux idmanına həmçinin uğur qazanmış idmançılara maddi təminatların verilməsi, rayonun mötəbər təbirlərində bu idmançıların nümunə kimi əhaliyə təqdim edilməsində göstərdiyi diqqət və qayğı üçün, idmançılar adında təşəkkür etdi.
İcra Hakimiyyətinin başçısı Alı Qocayev düşərgədə iştirak edən sərbəst güləş idman növü üzrə millimizin üzvü, Avropa çempionu Cəfər Cəfərovu və məşqçi-müəllim Anar Cəlilovu qazandıqları uğur münasibəti ilə bir daha təbrik edərək fəxri fərmanla mükafatlandırdı.
Düşərgədə müxtəlif oyunlarla (voleybol, futbol, şahmat, dama) yanaşı ekoloji aksiyada keçirildi. Gənclər meşə zolağının bir hissəsini məhişət tullantılarından təmizlədilər.