Samux rayonunda barama tədarükünə başlanılıb.
09 iyun 2022 | 09:24
Respublikamızın bütün bölgələrində olduğu kimi, Samuxda da kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, rayon üçün qeyri-ənənəvi, lakin daha gəlirli hesab edilən sahələrin yaradılmasına diqqət artırılıb. Artıq Samuxda bu il yetişdirilən baramanın tədarükünə başlanılıb.
Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılmasından sonra 30 ailə cəmi 50 qutu olmaqla barama yetişdirir.
Bununla da, rayon üzrə 85 nəfər mövsümü işlə təmin olunub.
Kümçülər bildiriblər ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində onlar əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Artıq 782 kq yaş barama “Azəripək” MMC-yə təhvil verilmişdir.