Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda barama tədarükü müvəffəqiyyətlə davam edir.

17 iyun 2022 | 10:00

Samux rayonu üzrə hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılmasından sonra 30 ailə cəmi 50 qutu olmaqla barama yetişdirir.

Bununla da, rayon üzrə 85 nəfər mövsümü işlə təmin olunub.

Kümçülər bildiriblər ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində onlar əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Artıq 1867.4 kq yaş barama  “Azəripək” MMC-yə təhvil verilmişdir. Barama tədarükü davam edir.

Keçidlər