Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərov və Samux Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "SAMUX KUBOKU" çempionatının final mərhələsi keçirildi.

18 iyun 2022 | 13:39

Samux Rayon İcra Hakmiyyətinin dəstəyi və Samux rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 17 iyun 2022-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərov və Samux Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bələdiyyə komandaları arasında futbol idman növü üzrə "SAMUX KUBOKU" çempionatının final mərhələsi keçirildi. İlk öncə Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun və Samux Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Çempionatda Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər iştirak edirdilər.

İnstitut qəsəbə komandası ilə Ağasıbəyli kənd komandasının qarşılaşdığı final oyununda Ağasıbəyli kənd komandası 5-3 xal üstünlüyü ilə çempionluq kürsüsünə yüksəldi.

Sonda mükafatlandırma mərasimi keçirildi. 2-ci yeri tutmuş İnstitut qəsəbə komandasına və çempion komanda olan Ağasıbəyli kənd komandasına icra hakimiyyəti başçısı Alı Qocayev tərəfindən medallar, diplomlar, kubok və müxtəlif hədiyyələr təqdim olundu.

Keçidlər