Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 illiyi qeyd edildi.

27 may 2022 | 17:05

Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi münasibəti ilə YAP Samux Rayon təşkilatının akt  zalında geniş tədbir keçirildi. Tədbirdə Samux  rayon İcra hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri,qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Samux rayon İcra Hakimiyyətinin  başçısı Alı Qocayev geniş məruzə ilə çıxış edərək,  1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-ci ildönümü tamam olur.
Bildiyinz kimi ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ölkəmizdə yüksək səviyyədə qeyd olundu. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur.  Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. 
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 
Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
   Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.  Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.
  Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.
Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.Bu sırada Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir.

Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artıq bu ildən başlayaraq Mayın 28-i Müstəqillik Günü kimi qeyd edilir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində iştirak etmiş, işğal olunmuş rayonlarımızın işğaldan azad edilməsi zamanı fərqlənən  dövlət qulluqçularına verilən medalların təqdimatı keçirildi.

Keçidlər