Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “8 Noyabr – Zəfər Günü” qeyd olunub.

08 noyabr 2022 | 23:27

Samux rayonunda 8 Noyabr – Zəfər Günü qeyd olunub

“8 Noyabr–Zəfər Gününün” ikinci ildönümü ilə əlaqədar Samux rayonunda tədbir keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyıtinin başçısı Alı Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
   İlk olaraq  torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Samux Şəhidləri Kompleksi ziyarət edilib, gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
   Samux şəhər Heydər Əliyev Mərkəzində məktəblilərin Zəfər Gününə həsr etdikləri rəsim sərgisinə baxış keçirildi. Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən RİH-nin başçısı qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu vurğulayan icra başçısı tarixi torpaqlarımız üzərindəki 30 illik həsrəti qələbə ilə yekunlaşdıraraq bu müjdəni xalqa yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və  rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırıb. 

   Digər çıxış edən natiqlər Qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin, mübarizliyimizin  nümayiş etdirildiyini vurğulayıblar.

 Bir neçə qazi və müharibə iştirakçılarına Fəxri fərmanlar verildi.

Daha sonra bayram konserti də təşkil edildi. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş etdi.

 

Keçidlər