Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə anıldı.

23 noyabr 2022 | 10:17

Samux rayonunda 44 günlük Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə anıldı.

Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlunun doğum günü ilə bağlı məzarı ziyarət edildi. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, şəhidin valideynləri, yaxınları, döyüş yoldaşları, rayonun imamı və rayon ictimaiyyəti iştirak etdi. Tədbirdə Vətən müharibəsində əldə edilən uğurlardan, şəhidin döyüş yolundan danışıldı. Daha sonra şəhidin adına ehsan süfrəsi təşkil edildi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədzadə Elvin İlham oğlu 22 noyabr 1996-cı il tarixdə Samux şəhərində anadan olmuşdur. Samux şəhər 1 saylı məktəb-liseyin məzunudur. İlk öncə Cəmşid Naxçıvanski adına hərbi-liseyi, sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Hərbi təhsil aldığı müddətdə baş çavuş və Bayraqdar vəzifələrini uğurla icra edib. Nümunəvi xidmətinə görə müharibədən əvvəl "Azərbaycan Ordusunun 100 illiyi 1918-2018" yubiley medalı ilə təltif edilib. 2019-cu ilin iyul ayından orduda taqım komandiri vəzifəsində leytenant kimi xidmətə başlayıb. Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə fərqləndiyinə görə bölük komandiri vəzifəsinə layiq görülüb, uşaqlıqdan riyazi elmlərə böyük marağı olub. Şəhid 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa-Xankəndi istiqamətində gedən qızğın döyüşlərdə yüksək peşəkarlıqla döyüşdüyünə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni , "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilib. 09 noyabr 2020-ci il tarixdə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 noyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər