Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələri təqdim edildi.

08 iyun 2023 | 17:05
Samux rayonunda 44 günlük Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələri təqdim edildi.
08 iyun 2023-cü il tarixdə Samux şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələrinin təqdim edilməsi ilə əlaqədar tədbir təşkil edildi.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Tədbiri açıq elan edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev “Müharibə veteranı” vəsiqələri almaları münasibətilə müharibə veteranlarını təbrik etdi, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, ölkə iqtisadiyyatının inkişafından, qazanılan uğurlardan danışdı.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı Elburus Mehdixanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi Şahin Məhərrəmov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Şıxəliyev Aydın Bəhman oğlu, müharibə veteranının valideyni Mustafayeva Həcər Əli qızı müharibə veteranlarını təbrik edərək gələcək həyatlarında uğurlar arzuladılar.
Tədbirin sonunda təntənəli şəkildə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələri təqdim edildi.
Keçidlər