Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibəti ilə bayram şənliyi keçirildi.

28 dekabr 2022 | 18:26

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün “31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibəti ilə bayram şənliyi keçirilib. Samux rayon Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev,  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilatın nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

 Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək Şəhid ailələri və qazilərə göstərilən həssas münasibətə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib ,Şəhid övladlarını bayram münasibətilə təbrik etdi və bayram hədiyyələri verdi.

Şəhid ailələri adından çıxış edən şəhid atası Məmmədov İlham göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Keçidlər