Samux rayonunda "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları növbəti dəfə ziyarət edildi.
27 sentyabr 2023 | 16:23
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını növbəti dəfə ziyarət etdi. Samux şəhərindən olan Vətən müharibəsi şəhidləri Məmmədzadə Elvin İlham oğlu, Hümbətov Nurəddin İlqar oğlu və Rüstəmov Pərviz Tufan oğlunun məzarları ziyarət edildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Məktəblilər şəhidlər haqqında şeirlər dedilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.