Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar məktəblilərin rəsm sərgisi keçirildi.

27 sentyabr 2022 | 15:50

Samux rayon İcra Hakimiyyətinin  və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə əlaqədar açıq səma altında məktəblilərin rəsm sərgisi keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi ilə keçirilən sərgidə məktəblilər xalqımızın düşmən üzərində qələbəsini əks etdirən rəsimlərlə iştirak etmişdirlər.

     

 

Keçidlər