Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar məktəblilərin hazırladıqları rəsm əsərlərindən ibarət sərgi və kompozisiya nümayiş etdirilib.

25 sentyabr 2026 | 15:15

Samux rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar məktəblilərin hazırladıqları rəsm əsərlərindən ibarət sərgi və kompozisiya nümayiş etdirilib.

Tədbir Samux Rayon İcra Hakimiyyəti, Samux rayonu üzrə Təhsil sektoru və Samux Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. O, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəmanların xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayıb. Firdovsi Əliyev şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə örnək olduğunu, onların xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.

Daha sonra tədbir iştirakçıları tərəfindən hazırlanmış rəsm əsərlərinə baxış keçirilib və 27 Sentyabr – Anım Gününə həsr olunmuş kompozisiya təqdim edilib.

Keçidlər