Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı Samux Şəhidlər Kompleksi önündə tədbir keçirildi.
Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı Samux Şəhidlər Kompleksi önündə tədbir keçirildi.
Erməni hərbi birləşmələrinin Vətənimizə qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri və rəhbərliyi altında, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən Müharibəsinə başlanmasından 3 il ötür. Bununla bağlı Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı Samux Şəhidlər Kompleksi önündə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətnin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Samux Şəhidlər Kompleksini ziyarət etdi, Şəhidlərimizin əziz xatirələri ehtiramla anıldı, ruhlarına dualar oxundu.
Çıxış edərək Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Allahdan bütün şəhidlərimizə rəhmət dilədi. 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlarından, işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən bəhs etdi. 27 Sentyabr-Anım gününün önəmindən danışdı.
Çıxış edən Samuxdan Milli Qəhrəman Eltun İsgəndərovun atası İsgəndərov Xaləddin, Vətən müharibəsi şəhidi Məmmədzadə Elvin İlham oğlunun atası İlham Məmmədov və digər natiqlər Vətən müharibəsi şəhidlərindən, qazanılan şanlı qələbədən danışdılar.
Ölkənin hər yerində olduğu kimi saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.