Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı ağacəkmə aksiyası keçirildi.
Samux rayonunda “27 sentyabr - Anım Günü” ilə bağlı ağacəkmə aksiyası keçirildi.
Samux rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bu il də ağacəkmə aksiyası keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları rayonun mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş şəkil lövhəsinin ətrafında və digər ərazilərdə salınmış yaşıllıq sahələrində 150 ədəd şam ağacları əkdilər.