Samux rayonunda "23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü" münasibəti ilə tədbir keçirilib
Samux rayonunda "23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü" münasibəti ilə tədbir keçirilib
Samux Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, şəhər, qəsəbə və kənd icra nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Samux şəhəri Heydər parkında ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Firdovsi Əliyev dövlət qulluqçularını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Samux rayonunun da dövlət qulluqçuları vəzifə öhdəliklərinin yerinə yetirilməsi və vətəndaşların müraciətlərinə baxılması sahəsində işlərinin şəffaf və qanunauyğun görülməsinə çalışırlar.
Daha sonra RİH başçısı Firdovsi Əliyev tərəfindən “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusu “Fəxri Fərman” ilə təltif edilib.