Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 2022-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri

29 aprel 2022 | 12:04

             2022-ci ilin yanvar-mart aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalısahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.

           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 16952,7 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz çoxdur.

             2022-ci ilin məhsulu üçün rayon üzrə 11420,7 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 613,8 hektar və ya 5,7 faiz çoxdur. 2022-ci ilin məhsulu üçün 1526,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  335,5  hektar və ya 18,0 faiz azdır.

          Yazlıq  səpinin   465,0  hektarı və ya 30,5 faizi çoxillik otlar, 424 hektarı və ya 27,8 faizi yazlıq arpa, 335,5 hektarı və ya 21,9 faizi tərəvəz, 177,0 hektarı və ya 11,6 faizi günəbaxan, 110,0 hektarı və ya 7,2 faizi kartof, 15,0 hektarı və ya 1,0 faizi yazlıq  buğda olmuşdur. 

           Hesabat dövründə 1675,0 ton tərəvəz və 2,2 ton giləmeyvə istehsal olunmuşdur ki, bunun  da hamısı istixanaların payına düşür.

           2022-ci ilin I rübünün sonuna 23401 baş iri buynuzlu mal-qara, 133715 baş qoyun və keçilər mövcud olmuşdur.

           Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 128 baş və ya 0,5 faiz, qoyun və keçilərin  sayı  isə 7375 baş və ya 5,2 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq  1534,0 ton, süd istehsalı 4,7 faiz artaraq 8547,0 ton, yumurta istehsalı 0,4 faiz artaraq 2768,0 min ədəd  olmuşdur.

Hesabat dövründə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 6585,3     min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz azdır.

2022-ci ilin yanvar-mart aylarında emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 1982,6 min manatlıq mal və məhsul istehsal etmişdirlər ki, bu da əvvəlki ilin müvafiq dövrünə  nisbətən 12,7 faiz çoxdur. Rayon üzrə istehsal olunmuş 6585,3 min manat mal və xidmətlərin 4602,7 min manatı dövlət, 1982,6  min manatı isə qeyri-dövlət sektorunun, ondan 156,0 min manatı fərdi sahibkarların, 1816,8 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı olmamışdır.

Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 463,8 min manatlıq                   təmir-tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,5 faiz çoxdur.Təmir-tikinti işlərinin 421,4 min manatı və ya 90,9 faizi dövlət mülkiyyətli müəssisələr, 42,4 min manatı və ya 9,1 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin hamısı cari təmirin  payına düşür.  

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 778,9 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən 52,3 faiz azdır.

Sənayeyə 165,5 min manat, sosial sahəyə 515,8 min manat, tikinti işlərinə isə 97,6 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 165,5 min manatı istehsal təyinatlı, 613,4 min manatı isə  qeyri-istehsal təyinatlıdır. 97,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 463,8 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,5 faiz çoxdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 97,6 min manat və sahəsi 315,0  kvadrat metr olan  3 yaşayış evləri tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri 681,3 min manat və ya 87,5 faiz, qeyri-büdcə vəsaitləri 97,6 min manat və ya 12,5 faiz təşkil etmişdir. Qeyri-büdcə vəsaitlərinin hamısı əhalinin şəxsi vəsaitləri hesabına olmuşdur.  

          “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2022-ci ilin yanvar-mart  aylarında  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda xeyli sayda iri sahibkar təsərrüfatları fəaliyyət göstərir.

           2022-ci ilin I rübü ərzində rayon daxilində olan bütün avtomobil yollarında yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yataqları və su ötürücü boruların giriş-çıxışları kol-koslardan təmizlənmişdir.

           Gəncə-Samux,Samux-İnstitut-Sarıqaya-Qaraağaclı, Samux-Yenikənd-Poylu avtomobil yollarının çiyin hissələrində, o cümlədən, Burunqovaq avtomobil yolunda   qum-çınqıl qarışığı materialı ilə təmir işləri həyata keçirilmiş və bunun üçün 7,8 min m³  həcmində çınqıl materialı işlədilmişdir. Ümumilikdə 2480 m² sahədə 308 ton miqdarında asfalt-beton işləri görülmüşdür.

          Yağış-sel suları nəticəsində Burunqovaq və digər avtomobil yollarında baş vermiş təbii fəlakətlərin fəsadları qısa müddətdə aradan qaldırılaraq, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətləri təmin edilmişdir.

          Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində Gəncə Regional Qaz İstismarı İdarəsinin Samux Xidmət Sahəsi tərəfindən müəyyən işlər görülməkdədir.                 Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur.

          2022-ci ilin I rübü ərzində rayon abonentlərinin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə Gəncə Regional Qaz İstismarı İdarəsinin Samux Xidmət Sahəsi tərəfindən Qarayeri qəsəbəsində diametri 108 mm-lik 116 metr, diametri 89 mm-lik 498 metr və Bağbanlar kəndində diametri 57 mm-lik 320 metr yeni qaz xətti çəkilmişdir.

         Gəncə Regional Qaz İstismarı İdarəsinin Samux Xidmət Sahəsi tərəfindən 140 ədəd istismar müddəti keçmiş sayğacların yenisi ilə əvəzlənməsi işləri aparılmışdır.Görülmüş işlərlə yanaşı 48 ədəd yeni abonentlər də qeydiyyata alınaraq, təbii qazla təmin edilmişdir.

         Samux şəhəri küçə və məhəllədaxili su xətləri qum və lildən təmizlənmiş, mövcud yeraltı siyirtmələr test olunaraq təmir işləri aparılmışdır. Samux şəhərini məişət suyu ilə təchiz edən 10000 m3–lik su anbarı inşa edilmişdir. Bu günə kimi 55391 metr yeni su xətti çəkilmişdir.

           2022-ci ilin I rübü ərzində Samux şəhərində yerləşən 36 mənzillik çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin edən su nasosu yenilənmiş və şəhərdaxili mərkəzi su şəbəkəsinə qoşulması təmin olunmuşdur. Samux şəhəri üzrə 100% sayğaclaşma işləri aparılmış, qüsurlu su sayğacların isə plan qrafikə uyğun yenilənməsi davam etdirilir.

         Hesabat dövrü ərzində aztelekom.net portalının montaj tutumu 7172 port təşkil etmişdir. Rayonda internet istifadəçilərinin sayı 6793 abunəçi təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 741 abunəçinin artmasını göstərir.

         Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur.

         Subartezian quyularında 2022-ci ilin I rübündə müvafiq olaraq 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı, nasos stansiyalarında mexaniki və elektrik avadanlıqları təmir edilmişdir.Hesabat dövrü ərzində subartezian quyuları və nasos stansiyalarında müvafiq olaraq 13,9 mln.kvt/s elektrik enerjisi sərf olunmuş və dəyəri Samux Elektrik Şəbəkəsinə ödənilmişdir. Bunun nəticəsində 56,5 milyon m³ su istehsal edilmiş və əkin sahələrinə verilmişdir.

          Bu Sərəncamlar əsasında rayonumuzda 6 ədəd subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Artıq 4 ədəd subartezian quyusunun qazılması işləri başa çatdırılmış, 2 ədəd subartezian quyusunun qazılması işləri isə davam etdirilir.

        2022-ci ilin I rübü ərzində torpaqların suvarılması üçün rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda           114 min m³ (162 km) lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 12 min m³ sahilbərkitmə və selə qarşı torpaq işləri görülmüşdür. Kanallarda 6 ədəd HTQ, 5 ədəd hidropost təmir edilmişdir.

 

       Təsərrüfatarası və təsərrüfatdaxili kanallarda 5200 m² sahədə kol-kosdan təmizləmə işləri aparılmışdır. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır.150 metr boru kəmərlərində təmir işləri aparılmış və boru kəmərləri tam işlək vəziyyətə salınmışdır.

         2022-ci ilin ilk 3 ayı ərzində rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda 162 km məsafədə lildən təmizlənmə işləri görülmüşdür.

        Hesabat dövrü ərzində selin qarşısının alınması üçün Gəncəçayında,Qabırrı çayında, Qoşqar çayında torpaq işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Dinaraj kanalının beton üzlüyə alınması işləri həyata keçirilmişdir.

        Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 fərdi evin tikintisi işləri davam etdirilir. Seyidlər kəndi ərazisində inşa edilmiş 200 ailəlik şəhərcikdə mənzillər istismara verilmişdir. Hesabat dövründə ümumilikdə, rayon üzrə 46 ədəd mənzil-şəhid ailələri, müharibə əlilləri və Çernobıl əlillərinə verilmişdir.

        Hesabat dövründə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir.

        Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası da, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr  tarixli, 431 nömrəli Fərmanının 9-cu bəndinin icrasına əsasən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin-abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar .

      2022-ci ilin I rübü ərzində 14 yeni iş yeri yaradılmışdır. Mərkəz tərəfindən 45 nəfər işsiz vətəndaş işlə təmin olunmuşdur. Onlardan 1 nəfəri şəhid ailəsinin üzvü, 3 nəfər qazi, 1 nəfər müharibə iştirakçısı, digərləri isə ümumi işsiz şəxslərdir.

      Yaradılmış yeni iş yerlərindən 10-u Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 8 layihə üzrə verdiyi 318 min manat güzəştli kreditin hesabınadır.

        Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, özünüməşğulluq proqramı üzrə mərkəzdə qeydiyyatda olan işaxtaranlardan biznes ideyası və bacarığı olan 109 nəfər aztəminatlı ailənin seçilib təlimlərə cəlb edilməsidir.

        2022-ci ilin I rübündə rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması istiqamətində rayon mərkəzi xəstəxanası üçün inşa edilən yeni xəstəxana kompleksinin tikintisi davam etdirilmişdir. 

         Samux rayonunun Sərkar kəndinin ərazisində 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisində son tamamlama işləri aparılır, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

           Rayon ərazisində əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün idman-sağlamlıq qurğularının quraşdırılması üçün müəyyən yerlər ayrılmışdır.

          Hesabat dövrü ərzində İnstitut qəsəbəsində 960 şagird yerlik, Çobanabdallı kəndində isə 624 şagird yerlik tam orta məktəblərin yeni binalarında tikinti işləri sona çatıdırılaraq istifadəyə verilmişdir.

          2022-ci ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatında mal və xidmətlərin həcmi 25,6 faiz artaraq, 618,3 min manata çatmışdır.

          Sərnişin daşınması 17,7 faiz artaraq, 6198,0 min sərnişin, sərnişin dövriyyəsi isə 43386,0 min sərnişin km olmuşdur. Hesabat dövründə 111,0 min ton yük daşınmışdır ki, bu isə əvvəlki ilə nisbətən 7,8 faiz çoxdur.

            Hal-hazırda rayonda 1 rabitə müəssisəsi-Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 256,0 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz çox olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və telefon aparatlarının sayı isə 8942 ədəd olmuşdur.     

                                                                                                                                                                                                                                   

           2022-ci ilin yanvar-mart aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 26969,7 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz azdır.

       Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 453,7 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət  dövriyyəsinin 37,3 faizini təşkil edir.

            Pərakəndə ticarət dövriyyəsinin 21930,0 min manatı və ya 81,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 5039,7 min manatı və ya 18,7 faizi isə qeyri-ərzaq məhsullarının payına düşür.

        Topdansatış ticarət dövriyyəsi 476,8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 256,2 min manat və ya 2,2 dəfə çox olmuşdur.

        2022-ci ilin yanvar-mart aylarında əhaliyə 7313,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,3 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətin 616,0 min manatını və ya 8,4 faizini məişət xidməti təşkil edir.

         Fiziki şəxslər tərəfindən əhaliyə 3171,0 min manatlıq və ya ümumi həcmin 43,4 faizi qədər ödənişli xidmətlər göstərilmişdir.

          Hesabat dövründə əhaliyə cəmi 793,3 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 408,0 min manat və ya müqayisəli qiymətlərlə  80,5 faiz çoxdur. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 82 fiziki şəxs məşğul olmuşdur.

         2022-ci ilin hesabat dövrünün sonuna siyahı tərkibində olan işçilərin sayı                   5583 nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği isə                523,9  manat olmuşdur.

 

Samux Rayon Statistika  İdarəsinin

 rəis müavini   Allahverdi Məmmədov                       

Keçidlər