Samux rayonunda "08 Noyabr-Zəfər Günü" münasibətilə şəhid ailələri ziyarət edildi.
"08 Noyabr-Zəfər Günü" münasibətilə şəhid ailələri ziyarət edildi. Təşkil edilən görüşlərdə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfərdən, şəhidlərimizin və müharibə iştirakçılarımızın müharibədə göstərdikləri şücaətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıldı, 44 günlük Vətən müharibəsində əldə edilən uğurların önəmi qeyd edildi. Görüş çərçivəsində şəhid ailələrinin qayğıları ilə maraqlanıldı, şəhid övladlarına müvafiq hədiyyələr təqdim edildi. Şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımları yüksək qiymətləndirdiklərini qeyd edərək, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hər zaman şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiklərini bildirdilər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 03 dekabr 2020-ci il tarixli sərəncama əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Bütün Azərbaycan Xalqını Zəfər günü münasibətilə təbrik edirik.