Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu üzrə bütün orta təhsil məktəblərində son zənglə bağlı silsilə tədbirlər keçirilmişdir.

14 iyun 2023 | 17:16
Samux rayonu üzrə bütün orta təhsil məktəblərində son zənglə bağlı silsilə tədbirlər keçirilmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev rayonun məktəbliləri ilə birgə son zəng tədbirində iştirak etmişlər. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev görüş zamanı məktəbliləri təbrik edərək ölkədə cənab Prezident İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından geniş söhbət açmışdır. Belə ki, son dövrdə yeni tikilən və əsaslı təmir olan məktəblərin məhz ölkə başçısı cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ərsəyə gəldiyini qeyd etmişdir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də məzunlarımızı təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzuladı.
Daha sonra kimya üzrə respublika fənn müsabiqəsində 1-ci yer tutaraq qızıl medala layiq görülmüş Samux şəhər 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Ələkbərova Zümrüd və 29 ölkədə keçirilən Amerikanın ən prestijli Beynəlxalq olimpiadasında iştirak edərək Fizika kategoriyası üzrə gümüş medala layiq görülmüş Samux şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Hüseynov Sərxan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən hədiyyələrlə təltif edildilər.
Daha sonra Lək kənd tam orta məktəbində şəhid Məmmədov Elyarbəyin oğlu Elxan Məmmədova 11-ci sinifi bitirmək münasibətilə İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən hədiyyələr verildi. Həmçinin İnstitut qəsəbə tam orta məktəbində tədris ili ərzində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr verildi. Tədbir məzunların təşkil etdiyi bədii hissə ilə davam etdirildi.
Keçidlər