Samux rayonu Sərkar kənd Uşaq Musiqi məktəbində Heydər Əliyev ili çərçivəsində “18 sentyabr Milli Musiqi Günü” ilə əlaqədar “Mədəniyyətə bağlı ömür” adlı konsert proqramı keçirildi.
18 sentyabr 2023 | 14:37
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar kənd Uşaq Musiqi məktəbində Heydər Əliyev ili çərçivəsində “ 18 sentyabr Milli Musiqi Günü” ilə əlaqədar “ Mədəniyyətə bağlı ömür” adlı məktəbin açlış konserti keçirildi.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis vəzifəsini icra edən Pərvin Kazımov, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova və digər idarə, təşkilat rəhbərləri iştirak edirdi.
Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1( bir) dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru Səadət Məmmədbəyova qonaqları salamlayaraq tədbiri açıq elan etdi. O, Heydər Əliyev Fondunun “ Təhsilə dəstək” layihəsi çərçivəsində Sərkar kənd Uşaq Musiqi məktəbinin inşa edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya kollektiv adından öz təşəkkürünü bildirdi.
Sonra Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək Sərkar kənd Uşaq Musiqi məktəbinin yeni binasının açılışı münasibəti ilə kollektivi təbrik etdi və böyük naliyyətlər arzu elədi.
Çıxışların sonunda monitorda Ulu Öndər Heydər Əliyevin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlər səsləndirildi.
Məktəbin şagird və müəllim kollektivinin musiqi nömrələrindən ibarət konsert proqramı tamaşaçılara təqdim edildi.