Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu Qovlarsarı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.

23 iyul 2024 | 16:26

Samux rayonu Qovlarsarı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.

22 iyul 2024-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları 44 günlük Vətən müharibəsinin şəhidi Sadıqzadə Emil Əziz  oğlunun məzarını ziyarət etdi. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideynləri, dostları və yaxınları iştirak etdi. Şəhidin məzarı ziyarət edildi, ruhuna dualar oxundu. Məktəblilər şəhidlər haqqında şeirlər dedilər.

Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlu 22 iyul 2000-ci il tarixdə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. Samux rayon Qovlarsarı kənd tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi bir çox döyüşlərdə fəal iştirak etmişdir. 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci il tarixdə Samux rayonunun Qovlarsarı kəndində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni,  "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər