Samux rayonu Qovlarsarı kəndində fermerlərlə görüş keçirildi.
Samux rayonu Qovlarsarı kəndində fermerlərlə görüş keçirildi.
Samux rayonunun Qovlarsarı kəndində yaşayan fermerlərin və torpaq istifadəçilərinin problemlərinin dinlənilməsi, lazımı köməkliklərin göstərilməsi, maarifləndirmə və məlumatlandırma işlərinin aparılması, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin”də torpaq sənədlərin bəyan edilməsi qaydaları və subsidiya almaq üçün sənədlərin düzgün qeydiyyata alınması, “Aqrar Subsidiya Şurası”nın qərarları, bitki mühafizə tədbirləri, baytarlıq sahəsində epizootik tədbirlərin aparılması, lizinq vasitəsilə kənd təsərrüfatı texnikalarının, suvarma sistemlərinin və mal qara alınması, kənd təsərrüfatı texnikalarının texniki baxışdan keçirilməsi, kənd təsərrüfatı texnikalarının saxlanması, sürücülük vəsiqələrinin verilməsi qaydaları, əkin sahələrindən aqrokimyəvi analizlərin götürülməsi, toxum sortları və digər aidiyyəti işlər barədə fermerlərlə görüş keçirildi. Görüşdə Samux rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Aslanov, Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev, Heyvan Sağlamlığı və Baytarlıq Xidməti idarəsinin, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin, Sudan İstifadəedənlər Birliyinin, Labaratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin, Texniki Nəzarətin Təşkili üzrə məsul şəxsləri iştirak etmişdir. Tədbirdə fermerlərin müraciətləri dinlənildi, müvafiq izahatlar verildi və fermerlərə məlumatlandırıcı bukletlər paylanıldı.