Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu Qarayeri qəsəbəsindən olan  44 günlük Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun əziz xatirəsi doğum günündə  böyük ehtiramla yad edilib

24 iyun 2024 | 10:21

Samux rayonu Qarayeri qəsəbəsindən olan  44 günlük Vətən müharibəsi şəhidi Bəylərov Seymur Səlyəddin oğlunun əziz xatirəsi doğum günündə  böyük ehtiramla yad edildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideynləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsüratlarını bölüşdülər. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır.
Bəylərov Seymur Səlyəddin oğlu Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
28 sentyabr 2020-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi. Əslən Kəlbəcərli olan şəhidimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər