Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun doğum günü ilə bağlı məzarı ziyarət edildi.

26 iyul 2024 | 10:15

Samux rayonu Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun doğum günü ilə bağlı məzarı ziyarət edildi.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideyinləri, yaxınları, döyüş yoldaşları, müharibə iştirakçıları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Daha sonra Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin qarşısında şəhidin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulağın açılışı oldu. Samux Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qurban Həsənov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Əlavə məlumat üçün qeyd edək ki, Allahverdiyev Vüsal Novruz oğlu 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 06 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidlərimizlə qürur duyuruq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər