Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu Qarayeri qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi doğum günündə anıldı.

16 avqust 2024 | 09:29

44 günlük Vətən müharibəsi şəhidi doğum günündə anıldı.

15 avqust 2024-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsi və döyüş yoldaşlarının, rayon ictimaiyyətinin, şəhid ailələrinin, müharibə iştirakçılarının, o cümlədən şəhidin təhsil aldığı məktəbin müəllim, şagird kollektivinin birgə iştirakı ilə Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını və ailəsini ziyarət etdilər. Vətən müharibəsi şəhidi Cəfərov Babək Məxsus oğlu 15 avqust 1991-ci il tarixində Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Samux rayon Qarayeri qəsəbə tam orta məktəbinin məzunudur. 21 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı bir çox döyüşlərdə fəal iştirak edərək böyük şücaət göstərib. 25 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun sürən reanimasiyadan sonra 08 mart 2021-ci il tarixində şəhadətə qovuşub. 09 mart 2021-ci il tarixində Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Şəhid torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Evli idi. Məxsus adlı oğlu, Zeynəb adlı qızı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər