Samux rayonu İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Rəşid Abdulla oğlunun xatirəsi doğum günündə böyük ehtiramla anılıb
Samux rayonu İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Rəşid Abdulla oğlunun xatirəsi doğum günündə böyük ehtiramla anıldı.
Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə şəhidin məzarı ziyarət edilib.
Şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər söylənilib, şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. Qeyd edək ki, Abdullayev Rəşid Abdulla oğlu 23 mart 2002-ci il tarixdə İnstitut qəsəbəsində anadan olmuşdur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin məzunudur. Həqiqi hərbi xidmətdə olan əsgər kimi döyüşlərdə iştirak etmişdir. 08 noyabr 2020-ci ildə Şuşa-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. 10 noyabr 2020-ci ildə Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" , “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.