Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

30 aprel 2025 | 11:40

Bu gün Samux Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasında tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulub.

Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra qan götürülüb. Aksiyada 100-dən artıq könüllü şəxs iştirak edib.

#Qanverhəyatxilaset

Keçidlər