Samux rayon məktəblərində son zəng tədbirləri keçirilmişdir.
Samux rayonu üzrə bütün orta təhsil məktəblərində son zənglə bağlı silsilə tədbirlər keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev rayonun İnstitut qəsəbə tam orta məktəbindəki son zəng tədbirində iştirak etmişdirlər. Görüş zamanı Alı Qocayev məktəbliləri təbrik edərək ölkədə cənab Prezident İlham Əliyevin təhsil sahəsinə olan diqqət və qayğısından geniş söhbət açmışdır.
Anar Qədiməliyev isə çıxışında bildirdi ki, son dövrdə yeni tikilən və əsaslı təmir olan məktəblərin məhz ölkə başçısı cənab Prezident İlham Əliyevin diqqət və qaygısı nəticəsində ərsəyə gəlmişdir. Məzunları təbrik edərək onlara yeni təhsil uğurları, ali məktəblərə qəbul olunmalarını arzulamışdır. Daha sonra həmin məktəbdə fərqlənən müəllimləri və əlaçı şagirdləri “Fəxri diplom” və hədiyyələrlə təltif etmişdir.
Tədbir məzunların təşkil etdiyi bədii hissə ilə davam etmişdir.