Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən şəhid ailələrinin ziyarəti davam edir.

14 iyul 2023 | 09:29

Samux Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən şəhid ailələrinin ziyarəti davam edir.

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin tapşırığına uyğun olaraq Samux RİH-in məsul əməkdaşları Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhidlərimizin ailələrini ziyarət ediblər. Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, ictimai-siyasi və humanitar məsələlər Şöbəsinin müdir müavini — dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov  vətən müharibəsi şəhidi Ərəbov Orxan Ramiz oğlunun ailələsini  ziyarət ediblər.

Şəhid ailəsi ilə görüşdə qeyd edilib ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər