Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə Qovlarsarı kəndində görüş keçirib

27 noyabr 2023 | 18:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.

27 noyabr 2023-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə görüş keçirib. Samux rayonunun Qovlarsarı  kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Sadıqzadə Emil Əziz oğlunun və Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan Məmmədov Fizuli Bəhruz oğlunun məzarları və ailələri ziyarət edilib.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.

Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər