Samux Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə Lək kəndində görüş keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
06 dekabr 2023-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Lək kəndində şəhid ailələri ilə növbəti görüş keçirib. Samux rayonunun Lək kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidləri Həmzəyev Arif Muradcan oğlunun və Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan Qasımov Sənan Fərman oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.