Samux Rayon İcra Hakimiyyətinin başçısı Samux şəhərində vətəndaşlarla səyyar görüş keçirib
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Samux şəhərindəki Mədəniyyət evində sakinlər ilə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar görüş zamanı bir qrup şəhər sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Samux şəhərində küçələrin işıqlandırılması,1 saylı məktəb-liseyə əlavə korpusun tikilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.