Samux Rayon İcra Hakimiyyətinin başçısı Samux şəhərində fəaliyyət göstərən Körpələr Evi-Uşaq bağçalarında olub
Bu gün ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı nəinki paytaxt Bakıda, eləcə də bütün bölgələrimizdə hiss olunur. İllər öncə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Samux şəhərdə fəaliyyət göstərən Körpələr Evi-Uşaq bağçalarında olub. Bağçalarda körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti və keyfiyyəti ilə yaxından tanış olan icra başçısı körpələrin hər cür qayğıya, dəstəyə layiq olduğunu qeyd edib.
Bağça müdirləri ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər.