Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun Sarıqamış kəndində vətəndaşlarla səyyar görüş keçirib

14 noyabr 2023 | 15:01

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Sarıqamış kənd tam orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Sarıqamış kəndində kənd qəbirstanlığında elektrik dirəklərinin yenisi ilə əvəz olunması, Şəhid Nuriyev Əfqan Rövşən oğlunun adına olan küçənin qum-çınqıl verilib düzəldilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Keçidlər