Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun Qaraağaclı qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirib

07 noyabr 2023 | 15:36

Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun Qaraağaclı qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirib

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Qaraağaclı qəsəbə tam orta məktəbində qəsəbə sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup qəsəbə sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Qaraağaclı qəsəbəsində 1 ədəd subertezian quyusunun qazılması, örüş üçün bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin vaxtının uzadılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

Keçidlər