Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı rayonun ən yaşlı sakini ilə görüş keçirib

13 fevral 2024 | 16:19

Samux Rayon İcra Hakimiyyətinin başçısı  Firdovsi Əliyev Samux rayonunun ən yaşlı sakini olan Zinyət Səfərova ilə yaşadığı evində görüş keçirib və ona can sağlığı arzulayıb.

Samux şəhərinda yaşayan 100 yaşlı Zinyət Səfərova ömürboyu zəhmətkeşliyi və torpağa bağlılığı ilə rayonda tanınıb. Şəhər sakinləri, qohum-qonşu da Zinyət nənənin həmişə qulluğunda durub. Məclislərdə ən yaşlı ağbirçək kimi onun xeyir-duasını alıblar.

 Uzunömürlü nənə seçkilərdə də fəal iştirak edib.

Qeyd etmək lazımdır ki, 7 fevral 2024-cü il tarixində məhz elə seçki günü Zinyət nənəmizin 100 yaşı tamam olub.

 

Keçidlər