Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Qaraağaclı qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirib

15 aprel 2024 | 12:25

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Qaraağaclı qəsəbə tam orta məktəbində qəsəbə sakinləri ilə səyyar görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb
Səyyar görüş zamanı bir qrup qəsəbə sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Qaraağaclı qəsəbəsində 1 ədəd subertezian quyusunun qazılması, örüş üçün bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin vaxtının uzadılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

 

Keçidlər