Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə vətəndaşları qəbul edib

16 noyabr 2023 | 15:28

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tərəfindən vətəndaş qəbulu keçirilib.
Samux Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Başçının müavinləri, RİH Başçısı aparatının şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilib, vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsinə aid digər müraciətlərin isə araşdırılaraq operativ həll olunması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, suvarma suyu ilə bağlı problemlərin aradan qaldırılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Keçidlər