Samux Rayon İcra Hakimiyyətinin başçısı İctimai Şuranın üzvüləri ilə görüşüb
13 yanvar 2023 | 11:08
Samux Rayon İcra Hakimiyyətinin başçısı İctimai Şuranın üzvüləri ilə görüşüb
Görüşdə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev Samux Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni seçilən üzvlərini salamlayaraq qeyd etdi ki, dövlət qurumları yanında yaradılan İctimai Şuraların əsas məqsədini vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, dövlət orqanının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması və əsas insan və vətəndaş hüquqlarının müdafiəsi təşkil edir. Bu istiqamətdə görüləcək işlərdə Şura üzvlərini fəal olmağa çağıran başçı onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Daha sonra İctimai Şura tərəfindən görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Sonda Samux Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Mehman Əliyev Şura üzvləri adından görüşə görə Samux Rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayevə minnətdarlığını bildirərək qeyd etdi ki, Şura öz fəaliyyətini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında quracaqdır.