Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib.

04 yanvar 2024 | 11:23

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən şəhid ailələri ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Samux rayonunda da daim diqqət mərkəzində saxlanılır.
03 yanvar 2024-cü il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələri ilə növbəti görüş keçirib. Görüş çərçivəsində Samux rayonundan olan 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələri olmaqla, Qovlarsarı kəndindən olan Namazov Elməddin Nəsib oğlunun, Samux şəhərindən olan Musayev Ayxan Mehman oğlunun, Sarıqaya kəndindən olan Məmmədov Kərim Namil oğlunun, Füzuli kəndindən olan Maşıyev Asəf Volodya oğlunun, Poylu kəndindən olan Həsənov Pərviz Fərmayıl oğlunun məzarları və ailələri ziyarət edilib.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ev muzeyi ilə tanış olub. Şəhidlərin keçdikləri çətin və şərəfli döyüş yolundan söz açılıb.
Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezidentimiz, cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər