Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə rayon sakinlərinin növbəti fərdi qəbulunu keçirib.

26 fevral 2026 | 11:13

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə rayon sakinlərinin növbəti fərdi qəbulunu keçirib.

Qəbul zamanı vətəndaşların sosial rifahının yaxşılaşdırılması, mövcud problemlərin operativ şəkildə araşdırılması və həlli məqsədilə sakinlərin müraciət və təklifləri diqqətlə dinlənilib. Görüşdə əvvəlcədən qeydiyyatdan keçmiş rayon sakinləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, kənddaxili yolların təmiri, sosial-məişət problemləri və digər aktual sahələri əhatə edib. Səsləndirilən müraciətlərin bir qismi yerində araşdırılaraq müsbət həll olunub, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara icrası üçün yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qəbulda iştirak edən məsul şəxslərlə hər bir müraciət üzrə müzakirələr aparıb, vətəndaş müraciətlərinə həssas yanaşılması, qaldırılan problemlərin vaxtında və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Keçidlər