Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı Əhmədbəyli kəndində səyyar görüş keçirib

15 mart 2024 | 11:33

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Əhmədbəyli kənd tam orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin nümayəndələri,  şəhid ailələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, vurğulayıb.

Görüşdə qaldırılan problemlərin həlli, o cümlədən Əhmədbəyli kəndində suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələr verilib.

Kənd sakinləri adından çıxış edən Milli Qəhrəman Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edib.

Keçidlər