Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı beynəlxalq turnirdə döyuşərək çempion olmuş idmançı Elxan Əliyevlə görüşüb

22 dekabr 2023 | 11:17

Samux Kikboksinq Klubunun rəhbəri Elnur Salamovun yetirməsi olan Elxan Əliyev, Almaniyanın paytaxtı Berlin şəhərində baş tutmuş Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “10th Haydar Aliyev Cup” beynəlxalq turnirdə peşəkar döyüşdə WAKO Pro Avropa kəməri uğrunda döyuşərək çempion olmuşdur.

Bu münasibətlə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev idmançımız Elxan Əliyev və məşqçi-müəllimi Elnur Salamovla görüş keçirib, idmançımızı təbrik edərək dövlət başçısı cənab İlham Əliyevin idmana olan qayğısından və bunun sayəsində beynəlxalq idman yarışlarında idmançılarımızın göstərdiyi yüksək nəticələrdən söhbət açıb.

İdmançımız Elxan Əliyev və məşqçi-müəllimi Elnur Salamov  Firdovsi Əliyevə onları qəbul etdiyinə görə təşəkkür ediblər. Daha sonra idmançımız döyüşdən öz təəssüratlarını görüş iştiraçıları ilə bölüşüb.

Onu da qeyd edək ki, Elxan Əliyev dəfələrlə dünya və avropa çempionatlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının brünc mükafatçısıdır.

Keçidlər